•Ağdərə rayonunun Kolatağ kəndində yerləşən Müqəddəs Yaqub monastırı AR Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüşdür (Tarixi: IX-XVIII əsrlər, inventar № 269).
•Tarixi ədəbiyyatda abidə yerləşdiyi əyalətin adına uyğun olaraq Böyük Arran monastırı da adlandırılır.
•Kompleksə iki kilsə, iki narteks (kilsələrin giriş hissəsi) və köməkçi binalar daxildir.
•Kompleksin müxtəlif hissələri IX-XVIII əsrlər arasında müxtəlif illərdə, əsas tikililər (iki kisə və iki narteks) isə XII-XIII əsrlərdə inşa edilmişdir.
•Müqəddəs Yaqub monastırı Qafqaz Albaniyasının müqəddəs ziyarətgahlarından biri olmuşdur. Monastır yepiskopluq mərkəzi olmuş, XIII əsrdə isə Alban Həvari Kilsəsi katolikoslarının iqamətgahı kimi fəaliyyət göstərmişdir.