Xocalı kurqanları, Xocalı şəhəri

•Xocalı şəhərində yerləşən Xocalı kurqanları AR Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə dünya əhəmiyyətli arxeoloji abidə kimi dövlət mühafizəsinə götürülmüşdür (Tarixi: tunc-ilk dəmir dövrü, inventar № 43).

•Xocalı-Gədəbəy mədəniyyətinə mənsub olan qədim etnik-mədəni massivin tarixinin öyrənilməsində Xocalı abidələrinin müstəsna əhəmiyyəti var. Qafqazda Xocalı kompleksi qədər müxtəlif tip abidələr qrupunun bir yerdə toplusuna təsadüf olunmamışdır. Burada təkcə kurqanların beş tipinin varlığı müəyyənləşdirilmişdir.

•Xocalı kurqanları tək Azərbaycan ərazisində yox bütün dünyada mövcud olan ən əhəmiyyətli arxeoloji abidələrdən biridir. Xocalıda tədqiq olunmuş 11 nömrəli kurqandan Assuriya padşahı Adadnirarinin adı yazılmış muncuq tapılmışdır. Alimlər bu muncuğu I Adadnirarinin yaşadığı dövrə, yəni təqribən e.ə. IX əsrin sonu və VIII əsrin əvvəlinə aid edirlər.

TARİXİ ABİDƏLƏR