Antropomorf fiqurlar, Ağdərə şəhəri

•Qafqaz Albaniyası və sonrakı türk köçəri mədəniyyətlərində insan formalı daş fiqurlar geniş yayılıb. Onlara “balbal” və ya “daş adam” deyirlər.

•Antropomorf, kult və ya qəbirüstü xarakterli qədim daş heykəllərdir. Üslub baxımından Qafqaz Albaniyası və erkən türk-qıpçaq mədəniyyətinin xüsusiyyətlərini daşıyır.

•Fiqurların cəmləndiyi əsas ərazilərdən biri Ağdam rayonunun Boyəhmədli kəndində yerləşən qədim Gavurqala şəhər yeri və ətrafı olmuşdur.

•Sovet illərində bu ərazilərdən bir neçə abidə Xankəndi və Ağdərə şəhərlərinə köçürülmüş, bəziləri hələ də açıq sahədədir.

•Qarabağda ilk arxeoloji qazıntılar 19-cu əsrin 80-ci illərində başlasa da ilk abidələr 20-ci əsrin 60-cı illərində sənədləşdirilib. Onlara həsr olunmuş ilk əsərlərdə, Azərbaycan tədqiqatçıları M.Xəlilov, R.Vahidov, R.Göyüşov və başqalarının əsərlərində bu barədə müəyyən məlumatlar vardır (Халилов 1984, 438 – 439).

TARİXİ ABİDƏLƏR