Türbə, Xocalı şəhəri

•Xocalı şəhərində yerləşən türbə AR Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüşdür (Tarixi: XIV əsr, inventar № 252).

•XIV əsrə aid abidə Xocalı kurqanları sahəsində yonulmuş ağ daşlardan tikilmişdir.

•Qarabağın qülləvari türbələr qrupuna daxil olan bu türbə yerli daşla tikilmiş, üzəri yaxşı cilalanmış piltələrlə üzlənmişdir. 

•Abidə portalının qabarıq və sadə formalı oyma ornamentləri onu qonşu ərazilərdə olan eynitipli abidələrdən fərqləndirən cəhət idi.

TARİXİ ABİDƏLƏR