•Ağdərə rayonunun Suqovuşan kəndində yerləşən Müqəddəs Yelisey monastırı AR Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüşdür (Tarixi: V-XIII əsrlər, inventar № 4059-24.).
•Kompleksə daxil olan ilk tikililərin inşası Qafqaz Albaniyasının Arşakilər sülaləsindən olan hökmdarı III Mömin Vaçaqanın adı ilə bağlıdır.
•Monastır kompleksi mürəkkəb relyefə malik dağlıq ərazidə yerləşir. Monastırın yerləşdiyi təpənin ətrafı sıldırım qayalar və sıx meşəliklə əhatə olunmuşdur ki, bu da abidəyə yaxınlaşmanı mürəkkəbləşdirir
•Kompleksə kafedral kilsə, yeddi sovməə, qədim məzarlıq və digər dağılmış tikililər daxildir
•Əsrlər boyunca monastırın başkilsəsi müxtəlif inşaat və yenidənqurma işlərinə məruz qalmışdır. 1264-cü ildə yenidən inşa edilmiş kilsə planda tərəfləri 4x8 metrə bərabər olan düzbucaqlı formasına malikdir.