Gəncəsər monastırı, Ağdərə rayonu Vəngli kəndi

•Ağdərə rayonunun Vəngli kəndində yerləşən Gəncəsər monastırı AR Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüşdür (Tarixi: 1238-ci il, inventar № 10).

•Kompleks kilsə, narteks (kilsənin giriş hissəsi), ictimai xidmət yaşayış otaqları qrupundan ibarətdir.

•Kompleksin əsas tikilisi, Gəncəsər monastırının başkilsəsi olan Müqəddəs İohann kilsəsi daha qədim kilsənin yerində, Alban-Xaçın knyazı Həsən Cəlalın göstərişinə əsasən inşa edilmişdir. Kilsənin inşasına 1216-cı ildə başlanılmış və tikinti 1238-ci ildə yekunlaşdırılmışdır.

•Kilsənin narteksinin inşasına 1240-cı ildə başlanılmış və inşaat işləri 1266-cı ildə tamamlanmışdır.

•Gəncəsər Qafqaz Albaniyasının dini və mədəni mərkəzi olmuşdur. 

•1240-cı ildən Alban Həvari Kilsəsi Katolikosunun iqamətgahı Həmşivəng monastırından Gəncəsər monastırına köçürülmüş, 1836-cı ildə Alban Katolikosluğunun Rusiya Müqəddəs Sinodu tərəfindən ləğv edilməsinə kimi Gəncəsər monastırı katolikosluğun mərkəzi və Alban katolikoslarının iqamətgahı olaraq qalmışdır. Katolikosluq mərkəzinin Gəncəsərə köçürülməsindən sonra Alban Katolikosluğu həm də Gəncəsər Katolikosluğu kimi tanınmağa başlamışdır.

TARİXİ ABİDƏLƏR