•Çanaqçı kəndində yerləşən məbəd AR Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüşdür (Tarixi: XVII əsr, inventar № 254).
•Mövcud kilsənin giriş portalının tağında yazılmış kitabədən bəlli olur ki, kilsə 1616-cı ildə tikilmişdir. Lakin kilsənin olduğu yerdə qədim dövrlərdən dini və mədəni mərkəzin olmasını haqqında həm mənbələr, həm də abidə ətrafında qədim tikililərin xarabalıqları sübut edir.
•V-VII əsrlərə aid xarakterik kapitellərə, sütun altlıqlarına və ornamentli memarlıq elementlərinə malik bazilika xarabalıqları xüsusi diqqət cəlb edir.
•Planda xaçvari formaya malik olan kilsə 11 metr uzunluğa, 9 metr enə və 7 metr hündürlüyə malikdir. Kilsənin narteksi planda kvadrat formaya malik olmaqla, 6 metr uzunluğa və 9 metr enə malik tağtavanlı tikilidir.
•Narteks Vərəndə məlik sülaləsinin ailə məqbərəsi kimi istifadə olunmuşdur. Burada həmin sülalədən olan məliklər Mirzə, Hüseyn və digərlərinin məzarları yerləşir.