Xatirəvəng monastırı, Ağdərə rayonu Qozlu kəndi

•Ağdərə rayonunun Qozlu kəndində yerləşən Xatirəvəng monastırı AR Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüşdür

•İnşaat kitabəsində verilən məlumata görə, Xatirəvəng monastırının başkilsəsi 1204-cü ildə inşa edilmişdir. Bununla belə elmi tədqiqatlar monstırın tarixinin daha da qədim olduğunu göstərir.

•Monastıra kilsə, sovmə, zəng qülləsi və rahiblərin yaşayışı üçün nəzərdə tutulmuş mülki tikililər daxildir.

•Xatirəvəng monastırının baş kilsəsi Cənubi Qafqazın xristian memarlığında analogiyası olmayan unikal abidədir. Assimetrik plana malik olan kilsənin həcminə düzbucaqlı altara və tağtavana malik iki birnefli sovmə də əlavə edilmişdir.

TARİXİ ABİDƏLƏR