Qala, Ağdərə rayonu Umudlu kəndi

•Geniş bir ərazini tutan qala XV-XVI əsrlərdə inşa olunmuşdur. Yerli sakinlərinin özünümüdafiəsinin təşkilində mühüm rol oynamışdır.

•Qala Umudlu kəndinin yaxınlığında, Həsənriz kəndindən şimal-şərqdə, əlçatmaz yaylada yerləşir.

•Qala divarlarının içərisində kobud yonulmuş daşlardan tikilmiş müxtəlif tikililərin qalıqları, tağlı zallar, qəbir daşları var.

•Qala divarlarının şimal-şərq hissəsindən çaya aparan gizli yeraltı keçid başlayır.

•Qalada müşahidə olunan tikili qalıqları içərisində kərpicdən tikilmiş hamam xüsusilə diqqət cəlb edir. Hamamın qazanxanasından isti və soyuq suyun verilməsi üçün divarlarda üfüqi keramik borular (birinin diametri 11 sm, digərinin uzunluğu 7 sm, ümumi uzunluğu 36 sm) yerləşdirilmişdir.

TARİXİ ABİDƏLƏR