Ağdərə mədəniyyəti

Ağdərə rayonu zəngin tarixi və mədəniyyət irsinin daşıyıcısıdır. Vəngli kəndindəki məşhur Gəncəsər alban məbədi, Xanabert qalası, Qozlu kəndində XVII əsrə aid Qırmızı məbəd , Kolatağ kəndindəki müqəddəs İako məbədi (635-ci il), Talış kəndi yaxınlığındakı Urek məbədi (XII əsr), Tərtər çayının yuxarı axarındakı məbəd (XIII əsr), Qasapert kəndindəki Hatəm Məlik qalası, Çıldıran kəndində XII əsrə aid Alban məbədi, Suqovuşanda V–XIII əsrlərə aid Müqəddəs Yelisey monastırı bu torpağın mədəni mirasının ayrılmaz hissəsini təşkil edir. Xüsusi qeyd etmək lazımdır ki, Qafqaz alban dinastiyaları və katolikoslarının son istinadgahı olan məşhur Gəncəsar məbədinin əsası 1240-cı ildə Həsən Cəlal tərəfindən qoyulmuşdur. Sonuncu Gəncəsar alban məbədi 1837-ci ildən erməni katolikosluğuna tabe edilmişdir.