Cəlil Xudiyev 1918–1920-ci illərdə general Mehmandarovun rəhbərlik etdiyi Azərbaycan ordusunda çox mühüm vəzifədə çalışmış, ermənilərin qiyamının yatırılmasında və onların Əsgəran qalasından, Laçından, Dağlıq Qarabağdan çıxarılmasında iştirak edən hərbi hissənin rəhbərlərindən biri olmuşdur. Cəlil Xudiyev 1988-ci ildə Xankəndində ermənilər tərəfindən diri-diri yandırılmışdır. O, öldürüldükdən sonra yaşadığı ev də ermənilər tərəfindən yandırılmışdır.