Kamil Xudiyev 1933-cü il 23 avqustda Xankəndi şəhərində anadan olmuşdur. 1974-cü ildə "Əməkdar mühəndis" adına layiq görülüb. 1980-ci ildən 1984-cü ilədək Azərbaycan Kənd Tikinti Nazirliyində nazir müavini vəzifəsində işləmişdir. Müxtəlif illərdə Xankəndi şəhər sovetinin deputatı olub. 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub. Azərbaycan Respublikası Ağsaqqallar Şurasının üzvü, Nərimanov rayon Ağsaqqallar Şurası sədrinin 1-ci müavini olmuşdur. 2012-ci il mayın 7-də vəfat etmişdir. O, 1988-ci ildə Xankəndində ermənilər tərəfindən diri-diri yandırılmış hərbçi Cəlil Xudiyevin oğludur.