İbrahimxəlil-xan Cavanşir

İbrahimxəlil xan Cavanşir- Qarabağ xanı, Pənahəli xanın oğlu. Qarabağ xanlığının ll xanı.

İbrahimxəlil xan dövründə Qarabağ xanlığı çox böyük sürətlə inkişaf edirdi. Ağıllı və savadlı adamlar üçün ölkədə hər cür şərait yaradılır və sərbəst fəaliyyət göstərmək imkanı verilirdi. Şuşada elm, mədəniyyət və incəsənət işçilərindən ibarət ziyalı sinfi yaranırdı. Şəhərdə tikinti işləri geniş vüsət almışdı. Şuşa abadlaşır, xan sarayları, yaşayış evləri, qala divarları tikilir, yeni-yeni məktəblər açılırdı. İbrahimxəlil xan Xəmsə məliklərinin bölüşdürücülük hərəkətlərinə son qoydu.

FOTO GALEREYA