Flora Qasımova

Flora Qasımova orta məktəbi Xankəndidə bitirib. İlk əmək fəaliyyətinə də Xankəndidə başlamış və məzunu olduğu məktəbdə riyaziyyat fənnindən dərs demişdir. İctimai işlərdə fəal olduğuna görə Məktəb Komsomol Təşkilatının katibi seçilmişdir. Daha sonra isə Vilayət Komsomol Komitəsinin plenumuna üzv seçilmişdir. 1973-cü ildə vilayət sovetinin deputatı seçilir. Azərbaycan Respublikasının Milli Məclisi IV çağırış və V çağırış deputatı olub. Ailə həyatı qurandan sonra Xankəndini tərk edib. Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, Qarabağ müharibəsi şəhidi Şirin Mirzəyevin həyat yoldaşıdır. Onlar orta məktəbdə eyni sinifdə oxuyublar. 1976-cı ildə ailə qurublar.

FOTO GALEREYA