Elxan Şahinoğlu siyasi analitik, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəridir.1971-ci ildə Bakıda anadan olub lakin əslən Xankəndi yaxınlığındakı Malıbəyli qəsəbəsindəndir. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin məzunudur (1988–1993).SSRİ illərində tələbə hərəkatının fəal üzvlərindən olub. Tələbəlik illərində müxtəlif nəşrlərlə əməkdaşlıq edib. Universiteti bitirdikdən sonra Dövlət Quruculuq və Beynəlxalq Münasibətlər İnstitutunda analitik qrupun rəhbəri kimi fəaliyyətə başlayıb. İnstitutda araşdırmalar və sorğuların keçirilməsi ilə məşğul olub. Elxan Şahinoğlu 3 kitabın müəllifidir. Onun ilk kitabı "Dağlıq Qarabağ: Statussuz status" (2010-cu il) adlanır. Kitabda dünyadakı 10 muxtariyyət modelinin Dağlıq Qarabağa tətbiq imkanları araşdırılıb.Ukraynadakı hadisələrdən bəhs edən "Maydandan Maydana" (2015-ci il) yazarın rus dilində yazdığı ikinci kitabıdır. Elxan Şahinoğlu "Maydan" hadisələrinin başlanğıcından tutmuş Kiyevdəki olayların və Donetskin separatçıların necə əlinə keçməsi prosesinin canlı şahidi olaraq müşahidələrini və qənaətlərini oxucularla bölüşüb.