Şakir Salahov 15 iyun 1966-cı ildə Xocalı rayonunun Cəmilli kəndində anadan olmuşdur. 1981-ci ildə Cəmilli kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə hərbi xidmətə çağırılır. 1986-cı ildə xidmətini başa vurur və Xankəndi Daxili İşlər Şöbəsinə işə qəbul olunur.Birinci Qarabağ müharibəsinin cəsur döyüşçüsü ilk günlərdən ermənilərin hücumlarının qarşısını məharətlə alırdı. 1991-ci il 26 fevral tarixində ermənilər Cəmilli kəndinə hücum edəndə Şakir xeyli sayda erməni döyüşçünü məhv etmişdi. 1992-ci il yanvarın 28-də Ağdam- Şuşa istiqamətində uçan vertolyot ermənilər tərəfindən vuruldu, ermənilərə əsir düşməmək üçün vertolyotdan hər kəs özünü atıb. Onların arasında Şakir Salahov da olub. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Şakir Salahova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Bərdə Şəhidlər Xiyabanında dəfn edilib.