Tabil Həsənov

Tabil Həsənov 4 iyul 1960-cı ildə Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur. 1977-ci ildə burada məktəbi bitirmişdir. 1980-cı ildə hərbi xidmətə çağırılmışdır. Daha sonra o Xocalının Kosalar kəndində rabitə şöbəsində işləməyə başlayır.1991-ci il 15 dekabr erməni millətçi qəsbkarları Cəmilli kəndinə dörd tərəfdən hücuma keçir əlacsız qalan kənd əhalisi ümidlə kömək gözləyirdi el bu vaxt Tabil sinə gərərək düşmənə əks hücum edir erməni murdarlarının ordusu pərən- pərən olur və geri çəkilir. Bu qələbədən sonra ona el arasında "Qırxız qartalı" deyə səslənirdilər. Erməni işğalçıları sonra yenidən Meşəli kəndinə hücum etmişdilər Tabil yenidən hücum edərək bu kəndi də azad edə bildi düşmənin canlı qüvvəsi məhv edildi. 1992-ci il 29 mart erməni qəsbkarları Kosalara yenidən hücum etdilər saatlarla davam edən döyüşdə 53 ermənidən 12-ni "Qırxız qartalı" Tabil öldürmüşdü. Lakin bu onun son döyüşü oldu o bu döyüşdə qəhrəmancasına həlak oldu.Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli  fərmanı ilə ona ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Xocalı rayonunun Kosalar kəndində dəfn edilmişdir.

FOTO GALEREYA