Mövsüm Məmmədov 1967-ci il iyunun 6-da Xankəndində anadan olmuşdur. 1984-cü ildə burada təhsilini başa vurur. 1985–1987-ci illərdə hərbi xidmətdə olmuşdur. 1988-ci ildə Şuşada əmək fəaliyyətinə başlayır. 1990-cı ildə həyatını daxili işlər orqanına bağlayır. Mövsüm Məmmədov 1992–1993-cü illər erməni işğalçılarına qarşı vuruşmuş, xeyli erməni məhv etmişdi. Xocalı faciəsi zamanı onlarla insanın həyatını xilas etmişdi. 1994-cü ildə Şuşa rayon Polis İdarəsində bölüy komandiri təyin edilmişdir. Aprel döyüşlərinin və Dəmir yumruq əməliyyatının aktiv iştirakçısı olmuşdur. Polis polkovnikidir, Bakı şəhər Baş Polis İdarəsində işləyir.Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli fərmanı ilə Məmmədov Mövsüm "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.