Ağabəyim ağa — Şairə, Qarabağ xanı İbrahim xanın qızı, Qacar imperatoru Fətəli şahın xanımı. Şeirlərini Ağabacı ləqəbi ilə yazmışdır. Ağabəyim ağa 1780-ci ildə Xankəndi şəhərində, Xanbağında anadan olub. Ağabəyim Ağa qabiliyyətli, bacarıqlı və gözəl olmaqla bərabər, həm də çox vətənpərvər bir qadın olmuşdur. Ağabəyim Ağa dustaqların zindandan azad olunması, əsirlərin buraxılması, ölüm hökmü ilə məhkum edilmişlərin əfv olunmasına nail olurdu. Ağabəyim ağaya Qarabağı çox sevən, öz torpağının həsrəti ilə yaşayan, ermənilərin xəyanətinə nifrət edən bir ictimaiyyətçi də demək olar. 2008-ci ildə çəkilmiş və Qarabağ xanlığının İbrahimxəlil xanın hakimiyyəti dövründəki tarixindən bəhs edən "Hökmdarın taleyi" adlı filmdə Ağabəyim ağa rolu aktrisa Günəş Əliyeva tərəfindən canlandırılmışdır.