Ağdərə- Qarabağ iqtisadi rayonunun Ağdərə şəhər inzibati ərazi dairəsində şəhər, Ağdərə rayonunun inzibati mərkəzidir. Xankəndi şəhərindən 62 km şimalda yerləşir. Ağdərə 8 avqust 1930-cu ildə təşkil edilib, yaşayış məntəqəsinin adı 1933-cü ildə adı dəyişdirilərək, Mardakert olub. 1985-ci ildə şəhər statusu alıb. Qarabağda separatçılıq baş qaldırandan sonra Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Mardakert şəhərinin tarixi adı qaytarılaraq, Ağdərə adlandırılıb.