Xankəndi şəhəri Qarqarçayın sahilində, Qarabağ silsiləsinin şərq ətəyində yerləşir. Şəhər cənubdan Şuşa, şimaldan Kəlbəcər, Tərtər, Ağdərə, Ağdam, şərqdən Xocavənd, qərbdən Laçın, mərkəzdən isə Xocalı rayonu ilə əhatə olunmuşdur. Bu coğrafi əhatə də Xankəndini hər istiqamətdən tarixi əhəmiyyəti olan torpaqlarla qonşu edir. İnzibati quruluş baxımından isə əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan qəsəbəsi daxildir. Ərazisinin çox hissəsi dağlıq, dağətəyidir. Buranın iqlimi əsasən mülayimdir. Dağlıq ərazidə yerləşdiyi üçün qışda ərazi soyuq, yayda isə sərin keçir.Dəniz səviyyəsindən kifayət qədər yüksəkdə yerləşən şəhər, dağ iqliminin xarakterik əlamətləri — təmiz hava, gur yağıntılar, dəyişkən, lakin mülayim temperaturu ilə seçilir.