Qala, Xocalı rayonu Dəhrəz kəndi    

•Qala Xocalı rayonunun Dəhrəz kəndindən 0,5 km şimal-şərqdə, dəniz səviyyəsindən 997 m yüksəklikdə yerləşir.

•Qala ətrafda yerləşən mümüm strateji yolların nəzarətdə saxlanılması məqsədilə inşa olunmuşdur.

•İlkin elmi araşdırmalara görə, Dəhrəz qalası XII-XIII əsrlərə aid edilir.

•Bununla belə, qala divarları yaxınlığında aşkar edilmiş bəzi saxsı qab və obsidian qalıqlarının olması, qalanın daha əvvəlki dövrlərdə artıq mövcud olduğunu və ya buranın daha əvvəllər yaşayış məskəni olduğunu göstərir.

•Qalanın uzunluğu 50 metr, eni 24 metr (sahəsi 1200 kv m) təşkil edir. Əhəngdaşı və məhluldan tikilmişdir.

•Bütün müdafiə tikililərində olduğu kimi burada da müxtəlif planlı və ölçülü qüllələr xüsusi yer tutur.

TARİXİ ABİDƏLƏR