•Məscid AR Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüşdür (Tarixi: XIX əsr, inventar № 5056).
•Məscid XIX əsrin ikinci yarısında yerli sakinlərin sifarişi ilə memar Kərbəlayı Səfixan Qarabağinin layihəsi ilə tikilmişdir.
•Məscidin qərb hissəsində ibadət zalından əlavə qadınlar üçün iki mərtəbəli qalereya da var.
•Divarlar yerli put daşından və əhəng məhlulundan, günbəzlər isə bişmiş kərpicdən hörülmüşdür.
•Məscid təqribən 220 kv.m sahəni tutur, döşəmədən damın yuxarı hissəsinə qədər hündürlüyü təxminən 6 metrdir.