•Bulaq AR Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüşdür (Tarixi: XIX əsr, inventar № 5055).
•Novlu bulaq Malıbəyli kəndinin cənub-şərqində inşa olunmuşdur.
•Əsas fasadda üç dayaz taxça (niş) var. Taxçalarda vaxtilə yazılar mövcud olmuşdur. Mərkəzi taxçada sifarişçinin adı və bulağın tikildiyi il yazılsa da işğal dövründə bu yazılar pozulmuş, sağ və sol taxçalarda xaç işarəsi əlavə edilmişdir.
•Bulaq 1870-1871-ci illərdə yerli sakin Hacı Şirin Əbdülrəhim oğlunun sifarişi ilə tikilmişdir.
•Divarlar yerli daş və əhəng məhlulundan hörülmüşdür.
•Abidənin ümumi ölçüləri 6,05 x 4,55 metr, döşəmədən yuxarıya qədər hündürlüyü 2,57 metrdir.