•Hamam AR Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüşdür (Tarixi: XIX əsr, inventar № 5054).
•Hamam kəndin kənarında, relyefdə tikilmişdir. Cənub hissəsində isti və soyuq suyun saxlanılması üçün su anbarı (xəznə) var.
•Hamamın plan quruluşu uzunsov düzbucaqlı formasındadır.
•Hamam bir neçə bölümdən - günbəzlə örtülmüş soyunub-geyinmə otağından, hamam otağından və su anbarından ibarətdir.
•Soyunub-geyinmə otağı hamamın memarlıq baxımından daha maraqlı hissəsidir. Burada tağlı tavanlı və günbəzli taxçalar var.
•Divarlar yerli put daşı və əhəng məhlulundan istifadə edilməklə hörülmüşdür.
•Hamam 110 kv metr sahədə tikilmişdir. Abidənin hündürlüyü 3,35 metrdir.